İtaliyanın "İnter" klubu itkiylə üzləşib. Matc.az xəbər verir ki, Milan təmsilçisinin yeni transferlərindən olan Viktor Mozes zədələnib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məşqdə zədələnən futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
 
İtaliya mətbuatının xəbərinə görə, Mozes "İnter"in A Seriyasında "Napoli" ilə qarşılaşacağı matçda iştirak edə bilməyəcək.
 
Martın 5-də keçiriləcək "Napoli" – "İnter" matçına saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest