"Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq". Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

Bu gün Niderlandın paytaxtı Amsterdamda Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən Azərbaycan yığması Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupa düşüb. Qrupu dəyərləndirən Məmmədovun fikrincə, Monteneqro millisini güclü rəqib hesab etmək olar: "Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir. Bizi maraqlı bir yarış gözləyir. Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest