06 Mart 2020, 19:44
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              
				  
 
	Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Danimarkanın "Kopenhagen" və Türkiyənin "Başakşəhər" klubları arasındakı cavab matçı azarkeşsiz keçiriləcək. Matc.az xəbər verir ki, fanatlar martın 19-da Kopenhagendə baş tutacaq görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədilə bu addımın atıldığı bildirilib.
	Qeyd edək ki, çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Valensiya"sı ilə İtaliya "Atalanta"sı arasındakı cavab oyunu, həmçinin Avropa Liqasının 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşü də eyni səbəbdən azarkeşsiz baş tutacaq. 
	Xatırladaq ki, Danimarkada koronavirusa 21 yoluxma halı aşkar olunub. 
				
         	
                                             
               
 
             
 



_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)



