çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, bu ada "Atalanta"nın hücumçusu Yosip İliçiç layiq görülüb.

Sloveniyalı forvard UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. O, "Valensiya" üzərində 4:3 hesablı qələbə qazanılan qarşılaşmada pokerə imza atmışdı.

İliçiç digər namizədlər -Marsel Sabitzer ("Leypsiq"), Xuan Bernat (PSJ) və Yan Oblakdan ("Atletiko") üstün olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest