"Mançester Yunayted"in baş məşqçisi Maykl Karrik İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində "Brayton"a qarşı məğlubiyyəti (2:3) və turnirlə vidalaşmalarını şərh edib.
Matc.az xəbər verir ki, ingilis mütəxəssis uğursuzluğa görə bütün məsuliyyəti öz üzərinə götürüb.
Maykl Karrik qarşıdakı oyunlarda vəziyyəti düzəldəcəklərinə söz verib:
"Biz bir komanda olaraq baş verənləri qəbul edə bilmərik. Mən məsuliyyəti öz üzərimə götürürəm. İkinci hissənin sonuna yaxın göstərdiyimiz oyun mənim səhvimdi. Hamımız daha yaxşı olacağıq. Bunu etməyə borcluyuq.
Bazar günü bizi "Fulhem"lə vacib oyun gözləyir. Yenidən və mümkün qədər tez bir zamanda qələbə qazanmağa başlamalıyıq. Hazırda xoşagəlməz hisslər var. Çox şey üzərində işləyəcəyik. Azarkeşlərin tənqidini tamamilə qəbul edirəm. Məsuliyyət mənim üzərimdədir. Həm komandanın necə görünməsinə, həm necə oynadığımıza, həm də göstərdiyimiz nəticələrə görə. Mən bunu qəbul edirəm. Həm tərifi, həm tənqidi, həm də narazılığı qəbul etməyə hazıram".
Qeyd edək ki, İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Brayton" klubu "Mançester Siti" – "Norviç Siti" cütlüyünün qalibi ilə qarşılaşacaq.







_1789589639.jpeg)





