Amerikalı biznesmen Todd Bouli "Çelsi"nin direktorlar şurasının sədri vəzifəsindən uzaqlaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London klubunun mətbuat xidməti Boulini rəsmi bəyanatından sitat gətirib:

"Çelsi" futbol klubunun direktorlar şurasının sədri vəzifəsini tutmaq mənim üçün şərəf idi. İngiltərə Premyer Liqası, məşqçilər heyəti və oyunçular, "Çelsi"nin istedadlı rəhbərliyi və işçi heyəti, həmçinin sadiq azarkeş ordusu da daxil olmaqla, klubun parlaq gələcəyini təmin etməyə kömək edən hər kəsə təşəkkür etmək istərdim.

Mən "Clearlake" və daha geniş sahiblər qrupu ilə tərəfdaşlığımızı, həmçinin klubun cari və uzunmüddətli uğurlarını dəstəkləmək üçün qəbul etdiyimiz birgə qərarları və qoyduğumuz investisiyaları yüksək qiymətləndirirdim. Əminəm ki, "Clearlake" rəhbərliyi altında "Çelsi" növbəti uğurlara yaxşı hazırlaşıb".

Qeyd olunur ki, "Clearlake Capital Group, L.P." ("Clearlake") şirkətinin bağlı şəxsləri Todd Boulinin "Çelsi"dəki payını satın alacaqlar. Hansyorq Viss klubun mühüm səhmdarı və tərəfdaşı olaraq qalacaq. Keçid çərçivəsində "Clearlake" Mark Volterin də payını alacaq və klub üzərində tam nəzarəti əldə edəcək.

Xatırladaq ki, 2022-ci ildə rusiyalı oliqarx Roman Abramoviç "Çelsi"ni rəsmi olaraq Todd Boulinin konsorsiumuna satmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest