31 Mart 2020, 23:44
AVROPA LİQASI
UEFA Türkiyənin "Başakşəhər" klubunu 1500 avro cərimələyib.
Matc.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Danimarka "Kopenhagen"i ilə Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda fişəng yandırmaları səbəb olub.
Cərimə qərar kluba daxil olduqdan sonra 90 gün ərzində ödənməlidi.
Qeyd edək ki, martın 12-də "Fatih Terim" stadionunda keçirilmiş matç "Başakşəhər"in qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.