"Barselona"nın sabiq futbolçusu Xavi komandasının çempionlar Liqasını qazanma şansını yüksək qiymətləndirib. Matc.az xəbər verir ki, o, bu turnirdə bəxtin də önəmli olduğunu bildirib:

"çempionlar Liqasında "Barselona"nı favorit hesab etmək çətindir. çünki Kataloniya klubu çL-ni rəqiblərindən xeyli üstün olduğunda qazanıb. "Barselona" digər klublar kimi şansa güvənə bilməz. Amma bu trunirdə bəxt çox önəmlidir. Düzünü desəm, bizə də bəzən şans kömək olub. Məsələn, 2009-cu ildə "çelsi" ilə səfər oyununda bəxtimiz gətirdi, son dəqiqələrdə İniesta qol vurdu. On dəfə oynasaq da, rəqib qapısına yol tapa bilməzdik. Bu, şans idi. Demək istəyirəm ki, La Liqada zəif oynamış olsan da, yenə də çempionlar Liqasını qazanmağına inana bilərsən. Böyük turnirlərdə qalib gəlmək üçün daha çox dominant və son dərəcə özünə inamlı çıxış etməlisən. Tarix bu klubun rəqibindən daha güclü olduğu zaman müvəffəq olduğunu göstərir".

 Qeyd edək ki, "Barselona" 2009-cu ildə çL-nin yarımfinal mərhələsində "çelsi"ni turnirdən kənarlaşdırmışdı. İlk matç İspaniyada qapılara qol vurulmasa da, cavab görüşü 1:1 hesabı ilə sona çatdı.                                                                                                                                              

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest