"Səbail"in futbolçusu Maykl Essyen FİFA-nın ümumdünya Səhiyyə Təşkilatı ilə birgə başlatdığı "Fəal ol" aksiyasına qoşulub.
 
Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun "Facebook" səhifəsi məlumat yayıb.
 
FİFA-nın paylaşdığı videoda qanalı yarımmüdafiəçinin evdə fərdi məşq görüntüləri yer alıb. O, hər kəsi fəal olmağa səsləyib.
 
Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından "Səbail"də çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest