Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro Dç-2006-nın finalında Fransaya qarşı keçirdikləri oyunu yada salıb.
 
Matc.az xəbər verir ki, o, TMW-yə açıqlamasında mundialın qalibi olmalarına rəğmən fransızların daha yaxşı oynadığını etiraf edib:
 
"2006-cı ildə Fransa yığması bizdən daha yaxşı oynamışdı. Amma biz dünya çempionu olduq. Futbol oyunlarında heç nə həmişə güclü olan qalib gəlmir".
 
Xatırladaq ki, Dç-2006-nın finalında İtaliya yığması Fransaya penaltilərlə qalib gələrək dünya çempionu olmuşdu – əsas vaxt 1:1, penaltilər 5:3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest