"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidalın "İnter"ə keçidi alınmaya bilər. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, İtaliya klubu çilili oyunçunun Lautaro Martines transferində istifadə edilməsindən narazıdır.

Məlumata görə, "İnter" Vidalı heyətinə qatmaq niyyətindədir. Ancaq kataloniyalılar oyuçunun üstündə pul ödəyib Martinesi almaq istəyir. Ancaq A Seriyası təmsilçisi bununla razılaşmır. Bununla yanaşı, Antonio Kontenin Vidalın alınmasında o qədər də israrlı olmadığı bildirilir.

Bu mövsüm Vidal "Barselona"da 22 matç keçirib və 6 qol vurub.                                    

Xatırladaq ki, Kataloniya klubu "İnter"in hücumçusu Martinesi heyətinə cəlb etməkdə israrcıdır. Ancaq "Barselona" argentinalı üçün tələb edilən 111 milyon avronu ödəyə bilmir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest