Siyahıya 65 milyon avro dəyərində olan "Bavariya"nın 32 yaşlı ingilis hücumçusu Harri Keyn başçılıq edir.

"Transfermarkt" portalı 30 yaşdan yuxarı dünyanın ən bahalı 10 oyunçusunun yenilənmiş reytinqini dərc edib.

Matc.az xəbər verir ki, siyahıya 65 milyon avro dəyərində olan "Bavariya"nın 32 yaşlı ingilis hücumçusu Harri Keyn başçılıq edir.

Onun 30 yaşlı komanda yoldaşı, alman yarımmüdafiəçi Coşua Kimmix ikinci yerdədir (40 milyon avro), "Mançester Yunayted"in 31 yaşlı portuqaliyalı oyunçusu Bruno Fernandes isə üçüncü yerdədir (40 milyon avro).

Qeyd edək ki, ulduz hücumçular Kriştiano Ronaldo (12 milyon avro) və Lionel Messi (15 milyon avro) reytinqə daxil ola bilməyib.

1. Harri Keyn ("Bavariya", Münhen, 32 yaş) - 65 milyon avro
2. Coşua Kimmix ("Bavariya", Münhen, 30 yaş) - 40 milyon avro
3. Bruno Fernandes ("Mançester Yunayted", 31 yaş) - 40 milyon avro
4. David Raya ("Arsenal", 30 yaş) - 35 milyon avro
5. Markinyos (PSJ, 31 yaş) - 30 milyon avro
6. Məhəmməd Salah ("Liverpul", 33 yaş) - 30 milyon avro
7. Andre Zambo Anqissa ("Napoli", 30 yaş) - 27 milyon avro
8. Bernardo Silva ("Mançester Siti", 31 yaş) - 27 milyon avro
9. Joao Palinya ("Tottenhem", 30 yaş) - 25 milyon avro
10. Cek Qriliş ("Everton", 30 yaş) - 25 milyon avro

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest