"Atletiko" hazırda "Barselona"da icarədə olan "Mançester Yunayted"in hücumçusu Markus Reşfordla maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional"ın məlumat yayıb.

Madrid klubu katalonların 28 yaşlı futbolçunu saxlamaq planlarını pozmağa ümid edir. "Atletiko" Reşfordu komandaya cəlb etmək üçün ciddi addımlar atmağa hazırdır.

Hücumçu əvvəllər "Mançester Yunayted" rəhbərliyinə karyerasını yalnız "Barselona"da davam etdirmək istədiyi üçün digər La Liqa klublarından gələn təklifləri nəzərdən keçirməməyi bildirmişdi. Bununla belə, "Atletiko" Kataloniya klubunun vəd etdiyindən daha əlverişli müqavilə şərtləri təklif edə biləcəklərinə əmindir.

Qeyd edək ki, Reşford bu mövsüm "Barselona"da 23 oyunda meydana çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. "Transfermarkt"da onun dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest