28 Noyabr 2018, 22:53
ÇEMPİONLAR LİQASI
"Monako"nun futbolçusu Benua Badyaşil çempionlar Liqasının tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, müdafiəçi avtoqol müəllifi olan ən gənc oyunçu olub.
O, qrup mərhələsinin V turunun hazırda davam edən "Atletiko" ilə görüşünün 2-ci dəqiqəsində öz qapısına qol vurub. 2001-ci il martın 26-da anadan olan Benua 17 yaş 267 günlüyündə çempionlar Liqasında avtoqol edib.
Ona qədər ən gənc avtoqol müəllifi "Benfika"nın qapıçısı Mille Svilar idi. 2017-ci il oktyabrın 31-də "fərqlənən" qolkiper "Mançester Yunayted"lə görüşdə avtoqola imza atanda 18 yaş 65 günlük idi.