Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün sözügedən ölkədə ilk yoxlama oyunu keçirib.

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.

"In Gernot Langes" stadionunda baş tutan oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu isə Kamili Duran vurub.

Xatırladaq ki, "Qarabağ" Bakıdakı yoxlama matçında "Zirə"ni məğlub edib - 4:3.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest