29 Noyabr 2018, 00:58
ÇEMPİONLAR LİQASI
PSJ-nin futbolçusu Neymar çempionlar Liqasının tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, qrup mərhələsinin V turunun "Liverpul"la hazırda davam edən görüşündə komandasının 2-ci qolunu vuran hücumçu turnirdə ən çox qol vuran braziliyalı ünvanına yiyələnib.
Neymar çempionlar Liqasında özünün 31-ci qoluna imza atıb. Bununla da 26 yaşlı forvard "Milan" və "Real"da üst-üstə 30 qol vuran Kakanı arxada qoyub.
çempionlar Liqası tarixində ən çox qol vuran 3-cü braziliyalı isə "Barselona" və "Milan"da 27 dəfə fərqlənən Rivaldodu.