29 Noyabr 2018, 09:38
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasının qrup mərhələsinin V turu Lionel Messinin iki rekordu ilə əlamətdar olub. Matç.az saytı xəbər verir ki, "Barselona"nın argentinalı futbolçusu PSV ilə görüşdə (2:1) komandasının ilk qolunu vurmaqla turnirin tarixində iki nailiyyət rəsmiləşdirib.
Lionel Kataloniya klubunda çempionlar Liqasında 106-cı qolunu vurub. Bununla da bir klubda vurulan qol sayında rekorda imza atıb. O, "Real"ın turnirdəki 105 qolunun müəllifi olan Kriştianu Ronaldonu keçib.
Bu, həm də qrup mərhələsindəki 66-cı qol olub. 66 oyunda vurulan bu qollar sayəsində Messi Ronaldonun rekordunu arxada qoyub. Argentinalı qrupda ən çox qol vuran futbolçu ünvanına yiyələnib.