 
 
	Koronavirus pandemiyası səbəbindən dayandırılmış İngiltərə çempionşipinin bərpa tarixi müəyyənləşib.
	Matc.az xəbər verir ki, ölkənin nüfuzuna görə ikinci liqası iyunun 20-də bərpa olunacaq.
	Bu barədə İngiltərə Futbol Liqasının (EFL) mətbuat xidməti məlumat yayıb.
	Xəbərdə bildirilir ki, koronavirusla bağlı tam təhlükəsizlik şərait yaranacağı halda, çempionşip iyunun 20-dən etibarən davam etdiriləcək. Bütün qarşılaşmaların azarkeşsiz keçiriləcəyi diqqətə çatdırılıb. Komandalara 5 oyunçu dəyişikliyi etməyə icazə veriləcək. Mövsümün isə iyulun 30-da başa çatdırılması nəzərdə tutulur.
	Qeyd edək ki, İngiltərə Premyer Liqasında da mübarizə iyunun 17-dən etibarən bərpa olunacaq.
				
         	
                                             
               
 
             
 







_1761908608.jpg)


_1761905491.jpg)




