01 İyun 2020, 23:18
FUTBOL
Bu gün “Sabah” futbol klubunun əsas komandası COVİD-19 pandemiyası ilə bağlı yaranmış uzunmüddətli fasilədən sonra ilk məşqinə çıxıb.
Matc.az xəbər verir ki, komandanın bütün üzvləri hazırlıqda iştirak edib.
Xatırladaq ki, iyunun 21-də Azərbaycan Premyer Liqasında fasilə başa çatacaq. "Sabah" fasilədən sonrakı ilk turda evdə “Keşlə” ilə qarşılaşacaq.