"Daha çox şans qazanmaq və buna layiq olduğumu göstərmək üçün durmadan üzərimdə çalışacam"

"Meydana daxil olanda çox həyəcanlı idim". Matç.az saytının məlumatına görə, bunu "Sportinq"in müdafiəçisi Tyerri Korreyra deyib.

19 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la dünənki qarşılaşmada ilk peşəkar oyununa çıxıb. Korreyra 6:1 hesabı ilə qalib gəldikləri matçın 76-cı dəqiqəsində Bruno Qasparı əvəzləyib.

Gənc oyunçu bu görüşü heç vaxt unutmayacağını söyləyib: "Sportinq"də 11 ildi bu gün üçün çalışıram. Və gözlədiyim an, nəhayət ki, yetişdi. "Qarabağ"la oyun və qazanılan qələbə yaddaşıma həmişəlik həkk oldu. çünki əsas komandada debüt edirdim. İlk matçımda belə hesabla qalib gəlmək mənim üçün ikiqat bayram oldu. Hələ çox gəncəm. Daha çox şans qazanmaq və buna layiq olduğumu göstərmək üçün durmadan üzərimdə çalışacam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest