Fransa yığmasının hücumçusu və kapitanı Kilian Mbappe Millətlər Liqasında Türkiyə ilə matça 3 gün qalmış xəstələnib. Bazar ertəsi milli komandanın məşq düşərgəsinə gələn forvard çərşənbə axşamı keçirilən məşqi buraxıb.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" radiosu məlumat yayıb.
Bildirilir ki, Mbappedə qripə bənzər simptomlar müşahidə olunur. Bununla belə, "üçrənglilər"in hücumçusunun Türkiyə ilə qarşılaşmada meydanda yer alacağı istisna edilmir. Fransa yığmasının kapitanının məşqi buraxan yeganə futbolçu olduğu vurğulanır.
Qeyd edək ki, UEFA Millətlər Liqasının A1 qrupunda yer alan Türkiyə və Fransa yığmaları arasındakı qarşılaşma sentyabrın 25-dəbaş tutacaq. "Kocaeli" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Fransa və Türkiyə ilə yanaşı, bu qrupda İtaliya və Belçika milli komandaları da mübarizə aparırlar.












_1790093096.jpg)
