ABŞ millisinin yeni baş məşqçisi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, "Kolambus Kryu"nun çalışdırıcısı Qreqq Berhalter yığmanın baş məşqçisi təyin edilib.
45 yaşlı mütəxəssisin təqdimatı dekabrın 4-də Nyu-Yorkda keçiriləcək. Onunla 4 illik müqavilə imzalanacaq.
2019-cu ilin yanvarından işinə başlayacaq mütəxəssisin qarşısına yığmanı Qətərdəki Dç-2022-yə çıxarmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, Berhalter 1994-2006-cı illərdə ABŞ yığmasında çıxış edib. Sabiq müdafiəçi 1999-cu ildə Konfederasiyalar kubokunun bürünc medalını qazanıb.