"Bu barədə qətiyyən narahat deyiləm. Messi və ailəsi Barselonada xoşbəxtdir. Ayrılmaq üçün heç bir əsas yoxdur. Mən onunla müqavilə imzalayanda 15 yaşı var idi".

"Barselona"nın keçmiş prezidenti Joan Qaspard Lionel Messinin komandadan ayrılacağı barədə çıxan iddialara münasibət bildirib. Matc.az xəbər verir ki, o, 33 yaşlı oyunçunun gedəcəyini düşünmür:

"Bu barədə qətiyyən narahat deyiləm. Messi və ailəsi Barselonada xoşbəxtdir. Ayrılmaq üçün heç bir əsas yoxdur. Mən onunla müqavilə imzalayanda 15 yaşı var idi. O, futbol tarixinin ən vacib oyunçusudur. Düzdür, indi hər şey kataloniyalıların istədiyi kimi deyil. Ancaq yenə də Messinin ürəyi "Barselona"dır. Ona görə də kömək etmək üçün qalacaq, bunu edə bilməyəcəyini başa düşdükdə karyerasını bitirəcək. Sonra isə rəqabəti güclü olmayan çempionatların birinə keçəcək. Məncə, o, qalmağı planlaşdırır".

Qeyd edək ki, argentinalı futbolçunun 2021-ci ilə qədər müqaviləsi var. Ancaq Messi mövsüm sonu komandanı tərk etmək hüququna sahibdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest