"Monako"nun yeni baş məşqçisinin kimliyi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, ispaniyalı Robert Morenonu istefaya göndərən Liqa 1 təmsilçisi, boşalan postu Niko Kovaça tapşırıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvat məşqçi ilə 3+1 illik müqavilə imzalanıb.
 
Kovaç daha öncə Xorvatiya milli komandasını, eləcə də Almaniyanın "Ayntraxt" və "Bavariya" klublarını çalışdırıb. 48 yaşlı mütəxəssis Münhen təmsilçisi ilə Almaniya çempionu olub, Almaniya kubokunu və super kubokunu qazanıb.
 
"Monako" koronavirus pandemiyasına görə başa çatdırılmayan Liqa 1-də 2019/20 mövsümünü 40 xalla 9-cu pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest