İtaliyanın "Atalanta" klubu A Seriyasının 35-ci turunda "Bolonya"nı məğlub edib – 1:0.
 
Matc.az yerli mətbuata istinadən xəbər verir ki, qarşılaşmada minimal hesablı qələbə qazanan "Atalanta" yeni rekorda imza atıb. 
 
Belə ki, Berqamo təmsilçisi bu mövsüm A Seriyasında 95 qol vurub. Bu, turnirdə son 58 ilin ən yaxşı göstəricisidir.
 
İtaliya çempionatlarında qol rekordu "Torino"ya aiddir. Turinlilər 1947/48 mövsümündə 125 qol vurmağı bacarmışdı.
 
"Atalanta" A Seriyasında 74 xalla ikinci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest