Futbol üzrə Rusiya Premyer Liqasında mövsümə yekun vurulub.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da bu mövsüm sonuncu oyununa çıxıb.
 
Sözügedən komanda 30-cu tur çərçivəsində doğma meydanda Tula "Arsenal"ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Ufa" 30 oyuna topladığı 38 xalla mövsümü 16 kollektiv arasında 9-cu pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest