İspaniyanın "Valensiya" klubu müdafiəçisi Hüqo Gilyamonla müqavilənin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
20 yaşlı ispan futbolçu yeni müqaviləyə əsasən 2023-cü ilin 30 iyununa qədər "Valensiya"nın uğurları üçün çalışmağa davam edəcək.
Yeni müqavilədə gənc mərkəz müdafiəçisinə qiymət də qoyulub. Gilyamonu 2023-cü ilin yayından öncə transfer etmək istəyən klub "Valensiya"ya 80 milyon avro təzminat ödəməli olacaq.
Qeyd edək ki, Gilyamon "Valensiya"nın öz yetirməsidi. O, bu ildən əsas komandanın heyətində meydana çıxmağa başlayıb.