Qrum rəhbərliyi Səhiyyə Departamentinə koronavirus ilə bağlı bir neçə sual ünvanlayıb. Şöbə matçdakı iştirakçıların təhlükəsizliyinin risk altına olacağını bildirsə, oyunun yeri dəyişdiriləcək

çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək  "Barselona" - "Napoli" matçı neytral meydanda baş tuta bilər. 

Matc.az xəbər verir ki, UEFA koronavirus infeksiyasının İspaniyada yenidən yayılması səbəbindən oyunu başqa ölkəyə təyin etməyi planlaşdırır.

Qrum rəhbərliyi Səhiyyə Departamentinə koronavirus ilə bağlı bir neçə sual ünvanlayıb. Şöbə matçdakı iştirakçıların təhlükəsizliyinin risk altına olacağını bildirsə, oyunun yeri dəyişdiriləcək. Qarşılaşmanın harda keçirilməsi ilə bağlı qərarın həftə sonuna qədər veriləcəyi bildirilir.

Qeyd edək ki, "Barselona" - "Napoli" görüşü avqustun 8-də keçiriləcək. Tərəflər arasında İtaliyadakı ilk oyun 1:1 hesabı ilə sona çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest