"Real"ın heyətində uğurlu çıxışı ilə diqqət çəkən Arda Gülər Madrid klubu ilə yeni müqavilə imzalamağa yaxındır.

Matc.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib və gənc yarımmüdafiəçinin müqavilə müddətinin uzadılması barədə tam razılıq əldə olunub.

"Real" rəhbərliyi nümayiş etdirdiyi oyunla komandanın əsas fiqurlarından birinə çevrilən Arda Gülərlə uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

İspaniya nəhəngi ilə 2029-cu ilə qədər müqaviləsi olan futbolçunun sözləşmə müddəti daha 2 il uzadılacaq və 2031-ci ilə qədər qüvvədə olacaq. Yeni müqavilə şərtlərinə əsasən, gənc oyunçunun komandadakı artan roluna uyğun olaraq maaşı da ciddi şəkildə artırılacaq.

Qeyd edək ki, bu razılaşma gənc ulduzun 2023-cü ildə "Fənərbaxça"dan transfer olunduğu gündən bəri Madrid klubu ilə imzalayacağı ilk yeni müqavilə olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest