"Çellsi" rəhbərliyi "Barselona" formasını geyinən Jül Kunde ilə yaxından maraqlanmağa başlayıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyənin Sporx nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə təmsilçisi fransalı müdafiəçi üçün qış "transfer pəncərəsi"ndə rəsmi addım atmağı planlaşdırır. "Çelsi" bu transferdə Kundenin cari mövsümdə az oyun şansı qazanmasını öz xeyrinə dəyişmək niyyətindədir.
"Barselona"nın yanvar ayında yeni oyunçular transfer edəcəyi təqdirdə bəzi futbolçuları ilə yolları ayıra biləcəyi vurğulanıb ki, London klubu Kataloniya təmsilçisinin bu vəziyyətindən də yararlanmaq istəyir.
Bu mövsüm Kataloniya klubunda 5 matçda cəmi 261 dəqiqə meydanda qalan 27 yaşlı Kunde, bu vəziyyətin baş məşqçi Hansi Flikin qərarı olduğunu bildirib. Fransa milli komandasının düşərgəsində olan müdafiəçi bununla bağlı açıqlama verib:
"Bu vəziyyət baş məşqçinin qərarıdır. Eyni zamanda ötən mövsüm yaşanan hadisələrin bir nəticəsidir, çünki keçən mövsüm performansım normal səviyyədən çox aşağı idi. Lakin mən bu çətinliyin öhdəsindən gəlməyə hazıram", - deyə Kunde qeyd edib.













