çexiyanın "Viktoriya" (Jijkov) komandası yoxlama oyununda qüvvəsini sınayıb.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi Jijkov təmsilçisi elitada mübarizə aparan "Libereç"lə qarşılaşıb.
 
Beş qolun qeydə alındığı matç "Viktoriya"nın məğlubiyyəti ilə başa çatıb – 1:4.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu qarşılaşmada forma geyinməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest