09 Avqust 2020, 15:29
                
                
                
                                AVROPA LİQASI 
                                
                
               
              Azərbaycan klublarının azad olduğu mərhələdə aşağı reytinqli ölkələrin 16 komandası oynayacaq. Onlar püşkdə 8 cüt təşkil edəcək.
				  
 
	Bu gün futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.
	Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib.
	Azərbaycan klublarının azad olduğu mərhələdə aşağı reytinqli ölkələrin 16 komandası 8 cüt təşkil edib. Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də baş tutacaq.
	Qeyd edək ki, sabah 1-ci təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan klubları "Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibləri məhz sabah bəlli olacaq.
	Avropa Liqası
	2020/21 mövsümünün ilkin mərhələsi
	"Tre Penne" (San-Marino) - "Qjilani" (Kosovo)
	"Linkoln" (Cəbəllütariq) - "Priştina" (Kosovo) 
	"Santa Koloma" (Andorra) - "İskra" (Monteneqro)
	"Enqordan" (Andorra) - "Zeta" (Monteneqro)
	"Qlentoran" (Şimali İrlandiya) – "Torshavn" (Farer adaları) 
	"Cent Cozefs" (Cəbəllütariq) - B-36 (Farer adaları) 
	"Kolreyn" (Şimali İrlandiya) - "La Fiorita" (San-Marino)
	"Runavik" (Farer adaları) - "Barri Taun" (Uels)
				
         	
                                             
               
 
             
 




_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)


