İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil

"Səbail"in yeni transferi Florian Kadriu klub saytına müsahibə verib:
 
- Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?
 
–  İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. çox sevinirəm.
 
–  "Səbail"ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?
 
–  Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.
 
–  öz oyun tərzini necə təsvir edə bilərsən?
 
– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
 
–  Yaxınların səni necə çağırır?
 
–  Yaxınlarım məni Landi çağırır.
 
–  Mövsüm 21.08.2020-ci il tarixində start verir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?
 
–  İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq.  özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
 
–  "Səbail"in azarkeşlərinə ismarıcın nədir?
 
–  Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir.  öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam.  Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest