Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
 
İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniya "Sevilya"sı finala vəsiqə uğrunda İngiltərənin "Mançester Yunayted" klubu ilə qarşılaşıb. Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda baş tutan görüşü almaniyalı FIFA referisi Feliks Brix idarə edib. üç qolun qeydə alındığı matç "qırmızı şeytanlar"ın məğlubiyyəti ilə başa çatıb. Əzmkar qələbəyə sevinən İspaniya təmsilçisi isə ilk finalçı olub.
 
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u arasında olacaq.
 
Avropa Liqası
Yarımfinal
16 avqust
 
"Sevilya" (İspaniya) – "Mançester Yunayted" (İngiltərə) 2:1
Qol: Suso, 26. De Yonq, 78 – B.Fernandes, 9-pen.
Almaniya, Köln. "Reyn Energi" stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest