"Pelister"lə oyunda yaxşı nəticə əldə etmədik. Ancaq hər şeyi geridə qoyub "Qarabağ" oyununa köklənmişik"

"Sileks"in baş məşqçisi Qoran Simov deyib "Qarabağ" oyunu öncəsi yerli mətbuata açıqlama verib. Matc.az xəbər verir ki, o, Bakıdakı görüş barədə təəssüratlarını bölüşüb:

"Pelister"lə oyunda yaxşı nəticə əldə etmədik. Ancaq hər şeyi geridə qoyub "Qarabağ" oyununa köklənmişik. Möcüzələrə inanmalıyıq, çünki futbolda da belə şeylər tez-tez baş verir. Seçmə mərhələ bir matçdan ibarətdir. İntizamlı və yüksək səviyyəli oynasaq, bunun mükafatını alacağıq".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Sileks" görüşü saat 20:00-da başlayacaq.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest