Azərbaycanlı hakim Rauf Cabbarov UEFA-dan təyinat alıb.

Matc.az xəbər verir ki, FIFA referisi Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Ordabası" (Qazaxıstan) - "Botoşani" (Rumıniya) matçını idarə edəcək.

Cabbarovun köməkçiləri Namik Hüseynov və Elşad Abdullayev olacaq. 4-cü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, görüş avqustun 27-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest