İspaniyanın "Sevilya" klubu XXI əsrdə avrokubokların finalına ən çox vəsiqə qazanan komanda olub.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi buna Avropa Liqasının yarımfinalında İngiltərə "Mançester Yunayted"ini 2:1 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
 
"Sevilya" 2006-2016-cı illərdə beş dəfə Avropa Liqasının, eyni sayda UEFA Super Kubokunun finalında oynayıb.
 
Komanda bunadək 2002, 2014, 2016, 2017 və 2018-cı illərdə UEFA çempionlar Liqasını qazanan Madrid "Real"ı ilə eyni pilləni bölüşüb. Madrid təmsilçisi həmin illərdə UEFA Super Kubokunda da mübariazə aparıb.
 
2000/01 mövsümündən bəri İngiltərə "Liverpul"u qitə finallarında ən çox iştirak edən üçüncü klubdur. Mersisayd təmsilçisi 4 dəfə çempionlar Liqasının, iki dəfə Avropa Liqasının, 3 dəfə isə UEFA Super Kubokunun finalında oynayıb.
 
İspaniyanın iki klubu – "Barselona" və "Atletiko" avrokuboklarda hərəyə 8 dəfə finalda çıxış ediblər.
 
Qeyd edək ki, "Sevilya" avqustun 21-də Avropa Liqasının finalında "İnter" (İtaliya) – "Şaxtyor" (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest