İngiltərə Premyer Liqasında azarkeşlər arasında keçirilən səsvermədə mövsümün ən yaxşı futbolçusu məlum olub.
 
Matc.az xəbər verir ki, bu, "Liverpul"un hücumçusu Sadio Manedir.
 
Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı seneqallı futbolçu 41 faiz səslə qalib olub. İkinci sırada "Mançester Siti"dən Kevin de Breyne (27 səs), 3-cü isə "Liverpul"lu Trent Aleksander-Arnold (17) yer alıb.
 
Premyer Liqanın versiyasına görə isə mövsümün ən yaxşı futbolçusu Kevin de Breyne seçilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest