Rauf Cabbarovun rəhbərlik etdiyi digər azərbaycanlı hakimlər briqadası isə Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilməli olan "Ordabası" (Qazaxıstan) - "Botoşani" (Rumıniya) matçına təyinat alıb.

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək daha bir oyun azərbaycanlı hakimlərə tapşırılıb.
 
Matc.az xəbər verir ki, FİFA referisi Rəhim Həsənov Lüksemburq "Proqress"inin oyununa təyinat alıb.
 
Hansı ki, bu komandanın rəqibi ilkin mərhələdə üz-üzə gələcək "Enqordani" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi olacaq.
 
Həsənova yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.
 
Qeyd edək ki, sözügedən matç avqustun 26-da Lüksemburqda keçiriləcək.
 
Rauf Cabbarovun rəhbərlik etdiyi digər azərbaycanlı hakimlər briqadası isə Avroliqanın 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilməli olan "Ordabası" (Qazaxıstan) – "Botoşani" (Rumıniya) matçına təyinat alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest