Futbol üzrə Avropa Liqasında son həftənin rəmzi komandası məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Rəmzi heyətdə "Şaxtyor"u (Donetsk) 5:0 hesabıyla məğlub edən "İnter"dən 7 futbolçu yer alıb:
 
Qapıçı: Samir Handanoviç ("İnter");
 
Müdafiəçilər: Danilo D’Ambrosio, Stefan de Vrey (hər ikisi "İnter"), Serxio Regilon ("Sevilya");
 
Yarımmüdafiəçilər: Xesus Navas ("Sevilya"), Nikolo Barella, Marselo Brozoviç (hər ikisi "İnter"), Bruno Fernandes ("Mançester Yunayted"), Suso ("Sevilya");
 
Hücumçular: Romelu Lukaku, Lautaro Martines (hər ikisi "İnter").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest