19 Avqust 2020, 00:08
AVROPA LİQASI
İlkin mərhələnin bu günə nəzərdə tutulan digər oyunu isə baş tutub. Andorranın "Enqordani" klubunun qonağı olan Monteneqro "Zeta"sı səfərdə inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün ilkin təsnifat mərhələsinə start verilib.
Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşmanın keçirilməsi nəzərdə tutulsa da, onlardan biri baş tutmayıb.
Belə ki, Cəbəllütariqdə yerli "Linkoln" klubu ilə Kosovonun "Priştina" komandası arasında keçirilməli olan qarşılaşma koronavirus pandemiyasına görə təxirə salınıb.
UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, buna Kosovo təmsilçisinin 8 futbolçusunda koronavirus aşkarlanması səbəb olub. Oyun təxirə salınsa da, böyük ehtimalla Kosovo klubuna texniki məğlubiyyət veriləcək və "Linkoln" oynamadan Avroliqanın 1-ci təsnifat mərhələsinə vəsiqə qazanacaq. çünki UEFA çempionlar Liqasının ilkin təsnifat mərhələsində "Drita" (Kosovo) - "Linfild" (Şimali İrlandiya) qarşılaşması da meydan sahibi komandada bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınmış, ardından UEFA Kosovo klubuna texniki məğlubiyyət vermişdi.
İlkin mərhələnin bu günə nəzərdə tutulan digər oyunu isə baş tutub. Andorranın "Enqordani" klubunun qonağı olan Monteneqro "Zeta"sı səfərdə inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.