"Beşiktaş" misirli yarımmüdafiəçisi Məhəmməd Elneni ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, ötən mövsüm London "Arsenal"ından icarəyə götürülən 28 yaşlı futbolçu ilə müqavilənin müddəti uzadılmayıb.
 
Elneni artıq sosial şəbəkə hesabında "Beşiktaş"ın azarkeşləri ilə, həmçinin birgə çalışdığı hər kəslə vidalaşıb. O, müqavilə ilə məxsus olduğu "Arsenal"a qayıdacaq.
 
Misir yığmasının da üzvü olan Elneni geridə qalan mövsümdə "Beşiktaş"da 36 oyuna çıxıb, 1 qol, 4 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest