22 Avqust 2020, 00:57
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulub.
Matc.az xəbər verir ki, bu gün turnirin final oyunu keçirilib.
Həlledici qarşılaşmada İspaniya təmsilçisi "Sevilya" ilə İtaliya "İnter"i üz-üzə gəlib.
Niderlandlı Denni Makkelienin idarə etdiyi matç "Sevilya"nın 6-cı Avropa Liqası finalı olub. Bu komanda əvvəlki 5 finalda olduğu kimi, yenə kuboku muzeyinə aparmaq niyyətindəydi.
Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan "İnter" isə 22 illik fasilədən sonra meydana çıxdığı 5-ci həlledici görüşdə 4-cü titulunu qazanmağı hədəfləmişdi. Amma beş qolun qeydə alındığı matçda yenə sevinən tərəf "Sevilya" olub.
Avropa Liqası
Final
21 avqust
"Sevilya" (İspaniya) – "İnter" (İtaliya) 3:2
Qol: De Yonq, 12; 33. D.Karlos, 74 – Lukaku, 5-pen. Qodin, 36.
Qol: De Yonq, 12; 33. D.Karlos, 74 – Lukaku, 5-pen. Qodin, 36.
Köln. "Reyn Enerji" stadionu.