21 Avqust 2020, 23:59
AVROPA LİQASI
Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün ilkin mərhələsində mübarizə davam edir.
Matc.az xəbər verir ki, bu gün daha bir oyun keçirilib.
San-Marino klubu "Tre Penne" Kosovo təmsilçisi "Qjilani"ni qəbul edəcək. Dünən keçirilməli olan qarşılaşma qonaqların bir futbolçusunda koronavirus aşkarlandığı üçün bu günə baş tutub. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə bitib.
Bu qələbə sayəsində "Qjilani" Avroliqanın 1-ci təsnifat mərhələsində Kipr APOEL-inə rəqib olub. Bu qarşılaşma avqustun 27-də baş tutacaq.
Qeyd edək ki, ilkin mərhələnin təxirə salınan "Linkoln" (Cəbəllütariq) - "Priştina" (Kosovo) görüşü avqustun 22-də keçiriləcək
Avropa Liqası
İlkin mərhələ
21 avqust
Tre Penne (San-Marino) - Qjilani (Kosovo) - 1:3
Qol: Qay, 16 - Nikaç, 24. Haydari, 64. Hila, 68.