22 Avqust 2020, 17:12
AVROPA LİQASI
Avropa Liqasında həftənin ən yaxşısı futbolçusu adına namizədlər müəyyənləşib.
Matc.az xəbər verri ki, İtaliya "İnter"i ilə final oyunundan sonra İspaniya "Sevilya"sının oyuçuları Lük de Yonq, Ever Baneqa, Xesus Navas və Jül Kunde bu mükafata iddialıdır.
La Liqa təmsilçisinin Milan klubunu 3:2 hesabı ilə məğlub etdiyi final oyununda niderlandlı hücumçu 2 qol vurub. Baneqa və Navas hərəyə 1 məhsuldar ötürmə ilə yadda qalıblar. Kunde isə 92 faiz dəqiq ötürmə edib.
Qalibin adı UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.