İspaniyanın "Sevilya" klubu tarixinin rekordunu təkrarlayıb.
 
Matc.az xəbər verir ki, Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda, futbol üzrə UEFA Avropa Liqasının 2019/20 mövsümünün final görüşündə İtaliyanın "İnter" klubu İspaniyanın "Sevilya" komandası ilə qarşılaşıb.
 
Görüş "Sevilya"nın 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. Bununla da, klub məğlubiyyətsiz oyunlar seriyasını 21-ə çatdırıb.
 
Bundan başqa, "Sevilya" tarixində 6-ci dəfə Avropa Liqasının qalibi adı qazanıb. Komanda bu günə kimi beş dəfə finala çıxıb və hamısında qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest