Futbol üzrə Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu, "Sevilya"nın futbolçusu Lyuk De Yonqdur.
 
O, "İnter"lə final matçında 2 qol vurub. Niderlandlı hücumçu səsvermədə komanda yoldaşları Ever Baneqa, Xesus Navas və Jül Kundeni qabaqlayıb.
 
Qeyd edək ki, "Sevilya" finalda "İnter"ə 3:2 hesabı ilə qalib gələrək tarixində 6-cı dəfə Avroliqanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest