23 Avqust 2020, 17:01
AVROPA LİQASI
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" – "Şkendiya" (Şimali Makedoniya) matçından əvvəl, avqustun 26-da hər iki komandanın baş məşqçisinin mətbuat konfransı təşkil olunacaq.
Matc.az xəbər verir ki, əvvəlcə "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov saat 17:40-da media mənsublarının suallarını cavablandıracaq. Saat 18:00-da "kimyaçılar"ın açıq məşqi (15 dəqiqə) keçiriləcək.
Saat 20:40-da isə "Şkendiya"nın baş məşqçisi Ernest Qyoka mətbuat nümayəndələrinin önünə çıxacaq. Şimali Makedoniya təmsilçisinin açıq məşqi (15 dəqiqə) saat 21:00-da keçiriləcək.
Hər iki mətbuat konfransı oyunun keçiriləcəyi Sumqayıt şəhər stadionunda olacaq.
"Sumqayıt" – "Şkendiya" qarşılaşması avqustun 27-də Sumqayıtda keçiriləcək.