26 Avqust 2020, 01:12
AVROPA LİQASI
Şimali Makedoniyanın "Şkendiya" klubunun hücumçusu Besart İbraimi Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, 34 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Oyunun asan olacağını iddia etmirik. çünki hər rəqibin özünəməxsus çətinliyi var. Amma mərhələni keçmək üçün Azərbaycana motivasiya və inamla gedirik. çempionatın son turunda vurduğum qol məni ruhlandırır. Əminəm ki, Azərbaycanda da üstün tərəf biz olacağıq".
Qeyd edək ki, avqustun 27-də keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçına saat 20:00-da start veriləcək.