Şimali Makedoniyanın "Şkendiya" komandasının baş məşqçisi Ernest Qyoka Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb

Şimali Makedoniyanın "Şkendiya" komandasının baş məşqçisi Ernest Qyoka Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, bu gün Sumqayıtda baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
 
"Komandamın ümumi durumu çox yaxşıdır. Əsas məqsədimiz 90 dəqiqə əlimizdən gələni etmək və ilk hesabı açan tərəf olmaq, sonda isə meydanı qalib tərk etməkdən ibarətdir".
 
50 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi barədə kifayət qədər bilgi toplayıblar: "Əsasən, ötən mövsümün son oyunlarını izləmişik. ümid edirik ki, çox da dəyişməyiblər". 
 
özünəməxsus oyun üslubuna malik olduqlarını deyən Coka bütün sirləri açıqlamaq istəmədiklərini əlavə edib. O, koronavirusa yoluxduğu üçün Azərbaycana gəlməyən futbolçu Armend Aliminin digər oyunçuları yoluxdurma ehtimalının olmadığını bildirib:
 
"çünki bütün qaydalara əməl olunub, sosial məsafə gözlənilib. Onun yoxluğu təsir edə bilər. Amma biz bunu minimallaşdırmağa çalışacağıq. ümid edirik ki, gələcək oyunlarda bizə kömək edə biləcək". 
 
Baş məşqçi avrokubok təcrübəsi və hazırlıq səviyyəsinin mərhələ keçməkdə "Şkendiya"ya yardımçı olacağını əlavə edib. 
 
Qeyd edək ki, avqustun 27-də "Sumqayıt Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest